Bərdə. Trend:
Bərdədə bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə Bərdə-Ağdamavtomobil yolunun Ağdam rayonu "Dördyol-1" qəsəbəsi ərazisindənkeçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı minik avtomobili ilə "BMW" markalı minikavtomobili toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarətalıb.
"VAZ-2107" markalı avtomobilin sürücüsü xəstəxanaya aparılarkənyolda ölüb. Digər sürücü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.