AZ

“Əsas məsələ yaradılan biznes planının tutarlı olmasıdır“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Son illərdə qəbul olunmuş qanunlar, xüsusilə də mikrosahibkarlar haqqında Vergi Məcəlləsində edilən düzəlişlər, əlavələr və s. azad sahibkarlığın inkişafı üçündür. Bu təbii ki, liberal iqtisadiyyatın da “bel sütunudur”. Yəni, sosial-iqtisadi sahədə istənilən qanunun hər biri iqtisadiyyatın ən önəmli tərəfi olan sahibkarlığın inkişafına yönəlib. Bu mənada bir çox əlamətdar hadisələr olub, mühüm rəqəmlər var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

Deputat bildirib ki, Azərbaycan biznesin rahat şəkildə qurulması, inkişaf etdirilməsi və təşviqinə görə ilk beşlikdədir: “Xüsusilə də şirkətlərin yaradılması məsələsi də olduqca qısa zaman kəsiyində həllini tapa bilir. Hətta bir gün içərisində belə bu məsələni həll etmək olur. Yəni, qonşu ölkələrin bir çoxunda bu müddət ən azı 3 gündürsə, Azərbaycanda 1 gündür.

Kənd təsərrüfatının inkişafı üçün regionlarda vətəndaşlar vergidən azad ediliblər, yalnız torpaq vergisi ödənilir. Bu sahibkarlıq üçün olduqca böyük bir təkandır. Həmçinin korporativlər haqqında qanun sayəsində də insanlar birgə çalışaraq, işlərini böyüdə bilirlər. Bu da öz növbəsində Azərbaycanda sahibkarlığa dəstəyin digər bir göstəricisidir.
Bundan başqa uzunmüddətli 5 faizli kreditlərin verilməsi də sahibkarlar üçün geniş imkanlar yaradır. Əsas məsələ yaradılan biznes planının tutarlı olmasıdır. Eyni zamanda bu mənada KOBİA-nın fəaliyyəti də sahibkarlar üçün mühüm dəstək rolunu oynayır”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla