AZ

MAQATE İsrailin İranın nüvə obyektlərinə mümkün hücumundan narahatdır

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi bildirib ki, İsrail İranın nüvə obyektlərinə hücum ehtimalından narahatdır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Rusiyanın nəzarətində olan Zaporojya Atom Elektrik Stansiyasına edilən hücumlarla bağlı qiymətləndirmələr aparmaq üçün ABŞ-nin Nyu York şəhərinə səfər edən Qrossi orada jurnalistlərin suallarını cavablandırıb.

Təl-Əviv rəhbərliyinin İranın 13 apreldə İsrailə cavab olaraq həyata keçirdiyi hava hücumlarına cavab verəcəyi ilə bağlı açıqlamaları bölgədə gərginliyin artmasına səbəb olarkən, MAQATE prezidenti Qrossi də bu vəziyyətlə bağlı qiymətləndirmələr edib.

Qrossi, İranın həftə sonu təhlükəsizlik səbəbilə nüvə obyektlərini bağladığını, dünəndən etibarən obyektləri yenidən aktivləşdirdiyini, lakin "Agentlik müfəttişlərini vəziyyətin tamamilə sakitləşdiyini müşahidə edənə qədər bu obyektlərdən uzaq tutduğunu" paylaşdı.

İsrailin İranın nüvə obyektlərinə hücum ehtimalı ilə bağlı sualı cavablandıran Qrossi, "Biz bu ehtimaldan hər zaman narahatıq",-deyə bildirib.

Seçilən
112
16
Mənbələr
Şərh ()
Bağla