AZ

Zaporojye AES təhlükəli dərəcədə qəzaya yaxındır - MAQATE

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, Zaporojye atom elektrik stansiyası təhlükəli dərəcədə qəzaya yaxındır.

Valyuta.az bu barədə Unian-a istinadla xəbər verir.

Onun sözlərinə görə, dron zərbələrinin arxasında kimin olduğunu müəyyən etmək mümkün deyil. "Bu ehtiyatsız hücumlar dərhal dayandırılmalıdır. Hücumlar xoşbəxtlikdən bu dəfə radioloji insidentlə nəticələnməsələr də, nüvə təhlükəsizliyinin artıq pozulduğu elektrik stansiyasında riski əhəmiyyətli dərəcədə artırırlar", - Le Monde ona istinadla yazıb.

Qrossi qeyd edib ki, hücumlar çox təhlükəli presedent yaradır, çünki reaktorun qapalı strukturu təsirlənir. MAQATE rəhbəri onu da deyir ki, reaktorlar söndürülsə belə, böyük qəza riski realdır.
"Biz əlimizi yanımıza salıb zərif tarazlaşdırılmış tərəzilərin son çəkisini seyr edə bilmərik. Biz nüvə fəlakətinə təhlükəli dərəcədə yaxınıq. Biz rahat oturub, sabah nə baş verəcəyini zərlərin həll etməsinə icazə verməməliyik", - o deyib. 

UNİAN-ın məlumatına görə, aprelin 7-də MAQATE Zaporojye AES-in ərazisində pilotsuz təyyarənin partladıldığını elan edib. Rusiya Ukrayna qoşunlarını pilotsuz uçan aparatların hücumunda ittiham edib, Ukrayna Baş Kəşfiyyat İdarəsi isə bunu Rusiyanın simulyasiya hücumu adlandırıb.

Qrossi daha sonra bildirib ki, reaktorlardan birinin mühafizəsində 3 birbaşa zərbədən xəbərdardırlar.

Nicat

Seçilən
146
16
Mənbələr
Şərh ()
Bağla