AZ

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 405 (Cild I) 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Mətni 1-ci hissə hesab edilsin, həmin hissədə “birləşdirilərkən, ayrılarkən, yenidən təşkil edilərkən” sözləri “yenidən təşkil edilərkən (birləşdirilərkən, ayrılarkən)” sözləri ilə əvəz edilsin və həmin hissəyə “xüsusiyyətlər,” sözündən sonra “habelə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 2-ci və 3-cü hissələr əlavə edilsin:

“2. Təşkil və ya yenidən təşkil nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2024-cü il

Seçilən
65
6
Mənbələr
Şərh ()
Bağla