AZ

“Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edildi

Bakı. Trend:

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanundadəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Trend xəbər verir ki, sənədə aşağıdakı dəyişikliklər edilib:

1. Mətni 1-ci hissə hesab edilsin, həmin hissədə“birləşdirilərkən, ayrılarkən, yenidən təşkil edilərkən” sözləri“yenidən təşkil edilərkən (birləşdirilərkən, ayrılarkən)” sözləriilə əvəz edilsin və həmin hissəyə “xüsusiyyətlər,” sözündən sonra“habelə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması vələğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğunolaraq” sözləri əlavə edilib.

2. Aşağıdakı məzmunda 2-ci və 3-cü hissələr əlavə edilib:

“2. Təşkil və ya yenidən təşkil nəticəsində əhalisinin sayı 3000nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olanbələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadivəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yolverilir.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulan evtəsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.”.

Seçilən
40
6
Mənbələr
Şərh ()
Bağla