AZ

Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycanın aerobika gimnastları Çexiyanın Praqa şəhərində keçiriləcək “Czehc Aerobic Open” beynəlxalq turnirində iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, məşqçi Emil Quliyevin rəhbərliyi altında Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya (hamısı üçlük və qrup), Məryəm Topçubaşova və Sara Əlixanlı (hər ikisi fərdi və qrup) bacarıqlarını göstərəcəklər.

Yarışda hakim Tünzalə Daşdəmirova da ölkəmizi təmsil edəcək.

Beynəlxalq turnir aprelin 18-dən 21-dək davam edəcək.

Seçilən
90
6
Mənbələr
Şərh ()
Bağla