AZ

Azərbaycanın aerobika gimnastikası millisi Praqada gümüş medal qazanıb

Azərbaycanın aerobika gimnastikası üzrə gənclərdən ibarət millisi Çexiyanın paytaxtı Praqada keçirilən “Czech Aerobic Open” beynəlxalq turnirində gümüş medal qazanıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskayadan ibarət heyət ikinci yeri tutub.

Adı çəkilənlər “üçlük” proqramında uğurlu çıxış ediblər.

Seçilən
70
12
Mənbələr
Şərh ()
Bağla