AZ

Poker etdi, Lempardı xatırlatdı

İngiltərə çempionatının “Everton” ilə oyunu Koul Palmer üçün əlamətdar olub.

O, “Çelsi”nin 6:0 hesablı qələbəsində 4 qol vurmaqla rol oynayıb. Palmerdən əvvəl paytaxt komandasında premyer-liqa matçında poker edən oyunçu Frenk Lempard olub. Sabiq yarımmüdafiəçi 2010-cu ilin martında “Aston Villa”nın qapısına 4 dəfə yol tapıb.

21 yaşlı Koul premyer-liqanın bombardirlərinin siyahısında 20 qolla Erlinq Holann (Mançester Siti) ilə birlikdə liderliyi bölüşür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla