AZ

İrandan TƏHDİD: Bir neçə saniyə ərzində dağıdıcı reaksiya...

“İsrail hücuma cavab versə, reaksiyamız dağıdıcı olacaq”.

Musavat.com xəbər verir ki, bunu İranın yüksək rütbəli rəsmisi “Əl-Cəzirə” telekanalına deyib.

Məlumata görə, zərurət yaransa, ikinci mərhələdə indiyə qədər İsraillə münaqişədə istifadə olunmamış silahlar hazırlanıb.

Nüvə danışıqlarının rəhbəri Əli Bağri İran mediasına müsahibəsində deyib ki, İsrail yeni səhvlərə yol verərsə, cavab birbaşa və bir neçə saniyə ərzində veriləcək.

“Sky News”un verdiyi məlumata görə, BMT-nin Nüvə Təhlükəsizliyinə Nəzarət Komitəsinin rəhbəri İsrailin İranın nüvə obyektlərinə zərbə endirə biləcəyindən narahatdır. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi deyib ki, İran bazar günü nüvə obyektlərini təhlükəsizliyi qorumaq məqsədilə bağlayıb. O, İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsi ehtimalı ilə bağlı suala belə cavab verib: “Biz həmişə bu ehtimaldan narahatıq”.

“MAQATE İranın əsas nüvə obyektlərini mütəmadi olaraq yoxlayır. Nüvə proqramının dinc məqsədli olduğu iddia edilsə də, Qərb ölkələri Tehranın nüvə bombaları yaratmağa çalışdığını bildirir”, - “Sky News” qeyd edir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
132
16
Mənbələr
Şərh ()
Bağla