AZ

“Yarımfinaldan sonra emosiyalarımı saxlaya bilmirdim” - Azərbaycan millisinin üzvü

“Honkonqdakı turnirə yolun başlanğıcı deməzdim. Bu, çox illər əvvəl, ilk turnirimizdə Macarıstanda mübarizə aparanda olub. “Elə idmançı yoxdur ki, Olimpiya Oyunlarını xəyal etməsin. Ola bilər ki, hər səhər “sabah Olimpiadaya gedəcəm" fikri ilə oyanmırsan. Amma öz üzərində çalışırsan, komanda ilə birgə işləyirsən. Lakin bu fikir həmişə başında olur”. SİA xəbər verir ki, bu sözləri basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin oyunçusu Dina Ulyanova deyib.

Millimizin üzvü komandamızın mübarizliyini vurğulayıb: “Yarımfinaldan sonra emosiyalarımı saxlaya bilmirdim. Hər görüş gərgin keçirdi. Amma mən həmişə inanırdım. Bizi ən əzmkar komanda adlandırırdılar. Çünki bəzən elə olurdu ki, artıq hər şey mümkünsüz görünürdü və necə toparlanacağımız sual doğururdu. Amma biz konsentrasiya ola bilirdik və matçdan qalib ayrılırdıq”.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla