AZ

Məhkəmə övladını aclıqla öldürən bloqerə 8 il həbs cəzası kəsib

Soçi məhkəməsi bir aylıq övladını ölümünə bais olan bloqer Maksim Lyutıya hökm oxuyub.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Sankt-Peterburq sakini cəzasını l ciddi rejimli koloniyada çəkmə şərtilə 8 il həbs cəzasl alıb.

Krasnodar vilayətinin prokurorluğunun mətbuat xidməti bildirib ki, Lyutı iki cinayət maddəsi ilə təqsirli bilinib: “Sağlamlığa ağır zərər vurma...”, “Yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi vəzifələrini lazımınca yerinə yetirməmə...”.

Müəyyən edilib ki, uşaq 2023-cü il fevralın 11-də Soçidə ev şəraitində doğulub. Ata oğlunu “supermen” kimi böyütmək istəyib və körpənin adını Kosmos qoyub, onun üzərində təcrübələr aparıb. Yeni doğulmuş körpəyə yalnız bitki mənşəli, termal emal olunmamış qida verilirmiş. Bundan əlavə, valideynlər 1 aylıq körpəni aclıq sınağına da məruz qoyurmuşlar.

Bundan başqa, məlum olub ki, sözügedən vətəndaş körpəni soyuq su ilə yuyundurur, hesab edirmiş ki, bu yaxşı tərbiyə və müalicə üsuludur.

Körpə 2023-cü ilin mart ayında təcili yardım maşınıyla xəstəxanaya aparılarkən yolda ölüb. Çağaya pnevmoniya və disforiya diaqnozu qoyulub. Onun çəkisi 600 qram olub.

Çiy qida yeməyi təbliğ etməsi ilə tanınan bloqer Maksim Lyutının soyadının mənası “qəddar” deməkdir, adam soyadının haqqını maksimum verib.

Musavat.com

Seçilən
120
50
Mənbələr
Şərh ()
Bağla