AZ

Uşaq vaxtı etdiyi əxlaqsız hərəkətlərə görə tanışını öldürən şəxsdən xəbər var

Gədəbəy rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Ələsgər Novruzovun barəsindəki məhkəmə qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Qeyd: 2022-ci il iyunun 15-də 1963-cü il təvəllüdlü Məsim Pirverdiyevin Gədəbəy rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 1964-cü il təvəllüdlü Mahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Məsim Pirverdiyevə ürək nahiyəsindən bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib


İttihama görə, Məsim Pirverdiyev Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində yerləşən “Kartof anbarı”da nəzarətçi işləyirmiş. Hadisədən əvvəl hər iki şəxs yeyib-içib, sonra Məsim Pirverdiyev uşaqlıq illərini yada salıb, ona qarşı etdiyi əxlaqsızlıq hərəkətlərdən söhbət açıb. Bu zaman Mahir onu əvvəl şüşə butulkası ilə başından vurub, daha sonra Məsimin döş qəfəsinə bir dəfə zərbə endirərək qətlə yetirib.

 

Kamal Məmmədov 

Tarix: 9 Aprel 2024, 09:19   
Seçilən
151
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq