AZ

Paris-2024-ün məşəli alovlandırıldı

Bakı. Trend:

Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli yandırılıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, dördilliyin ən mötəbər multi-idmanyarışının rəmzi Yunanıstandakı qədim Olimpiyada günəş şüalarındanalovlandırılıb.

Olimpiadanın açılışına 3,5 aydan az vaxt qalmış yandırılan məşəlAkropoldan Fransa Polineziyasına qədər səyahət edərək iyulun 26-daParisdəki açılış mərasiminə çatdırılacaq. Koronaviruspandemiyasından sonra ilk dəfə tədbir ictimaiyyət üçün açıq olacaq.Tokio-2020 və Pekin-2022-də məşəlin alovlandırılması qapalı təşkiledilib.

Mərasimə 600-ə yaxın yüksək vəzifəli nümayəndə qatılıb.Nümayəndə heyətinə Yunanıstan Olimpiya Komitəsinin prezidentiKaterina Sakellaropulu və onun Beynəlxalq Olimpiya Komitəsindəkihəmkarı Tomas Bax rəhbərlik ediblər.

Yunan aktrisa Meri Mina tərəfindən məşəlin alovlandırılmasızamanı Olimpiya himnini amerikalı metso-soprano Coys DiDonatooxuyub. Gera məbədindəki mərasimlə Olimpiya Oyunlarının startınagerisayım başlayıb.

Olimpiya estafetində məşəli ilk daşıyan Tokio-2020-nin çempionuStefanos Douskos olub. Yunanıstanlı Yaponiyada avarçəkmə üzrəolimpiya çempionu olub. Fransanın ilk məşəlçisinin Afina-2004-ünçempionu üzgüçü Lora Manadu olacağı planlaşdırılıb.

Məşəl Yunanıstanda 11 gün səyahət edəcək. Bu müddətdə 600estafetçi təxminən 5000 km qaçaraq onu 41 məntəqəyə daşıyacaq.

Aprelin 26-da məşəl 1896-cı ildəki ilk Olimpiya Oyunlarınınkeçirildiyi “Panatinaikos” stadionunda Paris-2024-üntəşkilatçılarına ötürüləcək. Olimpiya rəmzi oradan “Belem” yelkənliqayığı ilə Marselə aparılacaq və Fransada 12 min km qət edərək400-ə yaxın şəhəri gəzəcək.

Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi iyulun 26-da Senaçayı üzərindəki “Jardins du Trocadero”da baş tutacaq.

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla