AZ

Sarımsaq qoxusundan necə qurtulmaq olar? - MARAQLI ÜSULLAR

Sarımsaq mətbəximizin əsas məhsuludur. Demək olar ki, hər gün qabığını soyub doğrayıb bişiririk. 

Lent.az xarici mətbuata istidən xəbər verir ki, əllərdən sarımsaq qoxusunu aradan qaldırmaq üçün ən çox tövsiyə edilən məhsullardan biri də paslanmayan poladdır. 

Paslanmayan polad dəmir və xromun bir ərintisidir. Xrom dəmiri pasdan qoruyur və həmçinin səthdə oksid təbəqəsi yaradır.

Çiy sarımsaq qoxusundan qurtulmağın ən təsirli yolu əllərinizi axan suyun altında paslanmayan poladla ovuşdurmaqdır. Daha sonra isə əllərinizi sabun və su ilə yuyun.

Limon

Bundan əlavə limon vasitəsilə də bu qoxuda qurtulmaq mümkündür. Belə ki, barmaqlarınıza bir çimdik duz əlavə edin və sonra limonun kəsilmiş tərəfini barmaqlarınızla ovuşdurun.  

Pomidor suyu

Kiçik bir təzə pomidoru doğrayın. Kəsilmiş tərəfi barmaqlarınıza sürtün.

Qəhvə

Qəhvə zəmisini axan suyun altında barmaqlarınıza sürtün.

Diş pastası

Diş pastasını axan suyun altında barmaqlarınıza sürtün.

Seçilən
34
3
Mənbələr
Şərh ()
Bağla