AZ

Təyyarədə TƏHLÜKƏLİ ANLAR: Pilotun çay tökdüyü uçuş sistemi YANDI – FOTO

Moskvaya uçan təyyarənin bloklarından biri pilotun tökdüyü çay səbəbindən yanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, “Aeroflot”un pilotlarının səhvi ucbatından təyyarənin uçuş sistemi sıradan çıxıb.

“Aeroflot”un pilotu uçuş zamanı ehtiyatsızlıqdan alət panelinə çay töküb və bu da bloklardan birinin yanmasına səbəb olub.

İkinci pilot turbulentlik zamanı təsadüfən digər təyyarələrlə toqquşmanın qarşısının alınması sisteminin blokuna içki töküb.

Nəticədə Soçidən Moskvaya uçan təyyarədə qoxu yaranıb və sistem sıradan çıxıb.

Pilotlar fövqəladə vəziyyət barədə məlumat verib və onu təhlükəsiz yerə enməsini təmin ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
105
7
Mənbələr
Şərh ()
Bağla