AZ

Türkiyədə hotel və sərnişin metrobusu atəşə tutuldu- FOTO - VİDEO

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda dördmərtəbəli hotel uzunlüləli silahlardan atəşə tutulub.

Güllələrdən bəziləri sərnişinlərlə dolu hərəkət edən metrobusa da dəyib.

Hücum edən şəxslər qaçıblar. Hadisə yerinə polis qrupları cəlb edilib, bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb.

Metrobusdakı sərnişinlər qısa müddətdə təxliyə edilib. Metrobusda və hoteldə xəsarət alan olmayıb.

Araşdırma zamanı hoteldə və onun ətrafında uzunlüləli silahlara aid çox sayda boş patron aşkar edilib. 

Cinayətkarların tutulması istiqamətində əməliyyatlara başlanılıb.

 

oxu.az

Seçilən
217
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq