AZ

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdən

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Bu gün üçün dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 92,06 ABŞ dolları təşkil edib.

BAKU.WS-in məlumatına görə, neftin qiymətinin nəzərdə tutulandan daha yüksək qiymətə satılması ölkədə sosial sahədə yenidən artımların olacağı ehtimalını yaradıb.

İlin əvvəlində pensiya və maaşlarda artımları nəzərə alsaq, yenidən bu istiqamətdə artımların olacağı maraqla qarşılanır. Mövzu ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova müraciət etdik. Deputat BAKU.WS-ə bildirdi ki, neftin qiyməti yüksək olduğu üçün may ayında yenidən dövlət büdcəsinə baxıla bilər:

"Biz dövlət büdcəsini 60 dollardan götürmüşük. Hazırda bu rəqəmlər daha çoxdur. Yəqin ki, may ayında dövlət büdcəsinə baxıla bilər. Bu dövrdə bir sıra sosial məsələlər, o cümlədən Qarabağda gedən quruculuq işləri ilə əlaqədar vəsaitlərin ayrılması nəzərdə tutula bilər.

Hesab edirəm ki, neftdən gələn gəlirlər yüksək olduğu üçün hardasa may ayında dövlət büdcəsinə yenidən baxıla bilər. Mümkündür ki, maaşlar, pensiyalar və bir sıra sosial müavinətlərlə bağlı məsələlər də gündəmdə olsun.

Eyni zamanda Vətən müharibəsində itirak etmiş şəxslərə ödənilən müavinətin artırılması da gündəmdə saxlanılır. Hələlik bu istiqamətdə ciddi irəliləyiş yoxdur. Yəqin ki, dövlət büdcəsinə baxılsa, bu məsələyə bir daha toxunacağıq".

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.

2024-cü il üçün icmal büdcənin gəlirləri isə 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır.

Seçilən
73
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27833
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26831
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19185
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18176
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14697
Sabah 20 dərəcə isti olacaq
10021
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9717
May ayında Azərbaycana qar yağdı - VİDEO
8974
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8755
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8572
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
7602
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7452
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7196
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7077
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6689
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6595
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6560
Azərbaycan nefti ucuzlaşıb
6180
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6173