AZ

3x3 basketbol yığmamız Vətənə geri dönüb - FOTOLAR

Honkonqda keçirilən Olimpiya Təsnifat Turnirinin qalibi olan Paris-2024-də iştirak hüququ qazanan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Vətənə geri dönüb. SİA xəbər verir ki, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Basketbol Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.

Bununla da Azərbaycan Oyunlarda həm basketbolçular, həm də komanda yarışında ilk dəfə təmsil olunacaq.

Qeyd edək ki, yığmamız qrupda Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla