AZ

Sığorta şirkətləri: Gəlirləri çox, xidmətləri az, yarıtmaz...

2023-cü ildə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları və sığorta ödənişləri əhəmiyyətli dərəcədə böyüyərək 1 milyard 222 milyon manatı ötüb. Bu, əvvəlki illə nisbətdə 20 faizə yaxın artım və ya 250 milyon manat daha çox yığım deməkdir. Şirkətlərin müştərilərə ödədiyi sığorta ödənişlərinin həcmi 587 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, sığorta sektorunda 700 milyon manata yaxın vəsaitlər şirkətlərin balansında qalıb və onların bütün xərcləri çıxdıqdan sonra böyük həcmdə mənfəət əldə etməyə nail olub.

2024-cü ilin birinci rübündə isə sığorta şirkətləri 347 milyon manat sığorta yığımları edib, 102 milyon manat isə ödənişləri həyata keçirib. Bu rəqəmlər onu göstərir ki, Azərbaycanda sığorta bazarı son illərdə əhəmiyyətli dərəcədə böyüyüb, pandemiyadan sonra ilk dəfə olaraq sığorta sektorunun toplam gəlirləri 1 milyard manatı ötüb. Ancaq buna baxmayaraq, sığorta şirkətlərinin təqdim etdiyi xidmət çeşidlərində ciddi dönüş müşayiət olunmur, müştərilərə xidmətin keyfiyyəti daha da aşağı düşür, yeni xidmət alətləri tətbiq olunmur. Bir çox hallarda vətəndaşlara dəymiş zərər zamanı (sığorta hadisəsi) sığorta haqqı ödənilmir.

Sığorta şirkətlərinin illik gəlirləri sığorta və qəza hadisəsinə çəkilən xərcləri ödəməyə imkan verir. Son 2 ildə onların sair məsrəflərin çıxdıqdan sonra kapital portfelinin 2 dəfə artması sığorta rüsum və yığımlarından əldə edilən vəsaitlərin sığorta hadisəsinə xeyli imkanları qaldığımnı göstərir.

Sığorta bazarında əsas problemlər nədir?

Hazırda sığorta sektorunda ən çox müşahidə edilən nöqsanlar mənzil və daşınmaz Sığorta sektorunda şikayət və narazılıqların ən böyük hissəsi, təxminən ümumi şikayətlərin 60 faizi avtomobillərin sığortası ilə bağlıdır. Narazılıqlar 2 istiqamət üzrə nəzərə çarpır.

Birincisi, avtomobillərin sığortası zamanı rüsumlar və sığorta şirkətlərinin sığortadan imtinası ilə bağlıdır. Bu hal son 2 ildə daha çox müşayiət edilməkdədir. Bunun da ən çox səbəbi 2022-ci ildən sığorta qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlıdır. Belə ki, 2022-ci ildən tətbiq olunan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”na əsasən, avtomobillər üçün müəyyən edilmiş sığorta rüsumu əvvəlkindən fərqli əmsallar üzrə hesablanmaqdadır. Əvvəllər avtomobil sahibləri maşınları sığorta etdirərkən icbari sığorta rüsumu mühərrikin həcminə görə müəyyənləşirdisə, (əvvəllər mühərrikin həcmi 1500 kub.sm-dək olan avtomobillərin sığorta haqqı 50 manat, 2000 kub.sm-dək olan avtomobillərdə isə 75 manat idi) yeni qaydaların tətbiqindən sonra baza məbləği 50 manat saxlanılmaqla, avtomobilin növü, sürücünün yaşı və sürücülük təcrübəsi, avtomobilin Bakıda və ya regionda istifadəsi, avtomobilin istehsal tarixi, eləcə də “Bonus-Malus” balları da nəzərə alınmaqdadır. Nəticədə bu mexanizmin tətbiqi sığorta haqqını artırır.

Yeni qaydaların qüvvəyə minməsindən sonra sığorta şirkətlərinin bəzisi sui-istifadə edərək avtomobilləri sığorta etməkdən imtina edir. Sığorta şirkətləri bunu kiçik mühərrikli nəqliyyat vasitələrinin əksəriyyətinin istismara yararsız olması ilə əsaslandırır. Başqa arqument həmin markalı avtomobillərin daha çox taksi fəaliyyəti üçün icarəyə verilməsidir. “Toyota Prius”, “Kio Rio”, “Ravon”, Xəzər” və s. markalı nəqliyyat vasitələri onlar üçün risk qrupuna aid edilir.

Ancaq bu iddiaların heç bir əsası yoxdur, Azərbaycanda sığorta qanunvericliyinə əsasən, avtomobillərin icbari sığortası buraxılış ilindən asılı olmayaraq, bütün avtonəqliyyat vasitələrinin eyni qaydada sığortasını nəzərdə tutur. “Sığorta fəaliyyəti haqqında” Qanunun 3.4-cü maddəsində qeyd edilir ki, icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı şirkətlər müvafiq icbari sığorta müqaviləsini bağlamaqdan imtina edə bilməz. Həmçinin, “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Mülki Məcəllənin 907.2-ci maddəsinə əsasən, (“İcbari sığorta müqaviləsinin məcburiliyi”) icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz və buna görə məsuliyyət daşıyırlar.

İkinci hal isə avtomobillərə dəymiş zərərə görə, kompensasiyanın, sığorta haqqının verilməməsidir. Belə ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına əsasən, sığorta şirkətləri imzalanmış ikitərəfli müqaviləyə əsasən, şirkət nəqliyyat vasitəsi sahiblərini yol-nəqliyyat hadisələri nəticəsində baş verə biləcək risklərdən sığortalayır. “İcbari sığortalar haqqında” qanunun müvafiq tələblərinə görə, avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta kompensasiyası dəymiş ziyan üzrə 5000 manat, sağlamlığa dəymiş ziyan üzrə isə 50000 manat məbləğində müəyyən edilib. Sığorta şirkəti sığorta hadisəsi aktlaşdırıldıqdan sonrakı günlər ərzində (təxminən 1 həftə) bu zərəri ödəməlidir. Ancaq 10 günlərlə, aylarla sığortanın ödənilmədiyi hallarına rast gəlinir. Vətəndaş buna görə, şirkəti məhkəməyə vermək hüququna malikdir. Mülki və İnzibati Xətalar Məcəlləsində sığorta hadisəsindən imtina edən şirkətlər üçün məsuliyyət və cəza tədbirləri nəzərdə tutulub. Sığorta bazarının tənzimlənməsində nəzarətedici orqan olan Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə sığorta qanunvericiliyinin tələblərini pozan sığortaçının lisenziyası ləğv edilə bilər. Ötən 2 ildə MB tərəfindən bir neçə sığorta şirkətinin lisenziyasının ləğvi də bu sahədə özbaşınalığın cəzasız qalmadığını təsdiqləyir. Ancaq bu sahədə vəziyyət hələ də müsbətə doğru dəyişmir.

Mərkəzi Bank (MB) bu sahədəki nöqsanları və problemləri nəzərə alaraq dəfələrlə sığorta şirkətlərinə xəbərdarlıq edib. Ötən il MB tərəfindən sığorta şirkətlərinin risk indeksi müəyyən edilib. Ötən il üzrə risk göstəricilərinə əsasən, avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət 3,80 indeks ilə “Xalq Sığorta”olub. Digər şikayət edilən şirkətlər siyahısında - “Bakı Sığorta” (1.65 indeks), “Azərsığorta” (1.59), “Atəşgahsığorta (1,16), “Atasığorta (1,15) əsas yer tutur. Bu da onu deməyə əsas verir ki, sığorta şirkətlərinin xidmətləri Mərkəzi Bankı tam qane etmir.

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda əsas prioritetlərdən biri də sığorta sektorunun dayanıqlığının daha da gücləndirilməsidir. Strategiya sənədinə əsasən, sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) genişləndirilməsi, könüllü və icbari sığortanın təşviqi, sığorta məlumat və monitorinq mərkəzinin yaradılması, eləcə də korporativ idarəetmənin gücləndirilməsi və risk əsaslı prudensial tənzimləmənin həyata keçirilməsi məsələləri nəzərdə tutulub. Sığorta xidmətlərindən narazı qalanlara həmin strategiyanın icrasını gözləmək qalır.

Elbrus CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
14048
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11464
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5252
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5193
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3622
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3160
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3157
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2938
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2671
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2361
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2237
Hidayət Heydərov dünya çempionu oldu
2016
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
1986
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
1967
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1831