AZ

"Putin Ukraynadan sonra bu ölkələri cəzalandırmağı planlaşdırır"

Ukrayna Silahlı Qüvvələri 24 saat ərzində cəbhədə daha 920 rus hərbçisini zərərsizləşdirib. Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məluamt verib. Bildirilib ki, aprelin 16-da səhər saatlarına olan məlumata görə, Rusiya müharibədə artıq 455 340 nəfər itirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən saat ərzində Rusiyaya məxsus Mi-35 helikopterinin ekipajı idarə olunmayan aviasiya raketlərindən istifadə edərək, Kupyansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin dayaq məntəqələrini və canlı qüvvəsini vurub. Siyasi analitiklər düşünür ki, iki ildir davam edən müharibədə hazırda situasiya Kiyevin əleyhinə dəyişir. Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Rusiyanın hücumları, taktiki uğurlar əldə etməsi Ukrayna ordusunda ruh düşkünlüyü və geri çəkilmə ilə nəticələnir. Onun açıqlamasına görə, ABŞ-də prezident seçkiləri öncəsi Konqresin Ukraynaya yardımları təsdiq etməməsi, Avropanın vahid mövqeyinin olmaması Vladimir Putini kifayət qədər cəsarətləndirib: “Rusiya prezidenti təkcə Ukraynanı deyil, Polşa və Baltikyanı ölkəri və Mərkəzi Asiyanı cəzalandırmağı planlaşdırır. Təbii ki, Avropanın cəsarətsizliyi, ABŞ-nin vecsizliyi Ukraynanın bir dövlət kimi mövcudluğunu sual altına qoyub. Düşünürəm ki, Almaniya, Fransa və Böyük Britaniya üçlü koalisiya yaradıb, Ukraynada Rusiyanın hücumlarını dayandıra bilər”. Politoloq qeyd edib ki, növbəti ayda Respublikaçıların Ukraynaya hərbi yardımı təsdiq etməsi mümkün ola bilər. “Almaniya və Fransa Ukraynada Rusiyanın irəliləyişinin təhlükəli olduğunu, Moskvanın Avropa üzərində dominantlığının yaxınlaşdıgıni hiss etdikdən sonra Ukraynaya hərbi yardımlarını artıracaqlar. Proses yay aylarında mümkün görünür”,-deyə politoloq əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
101
50
Mənbələr
Şərh ()
Bağla