AZ

Zelenski: Ukrayna heç vaxt Aİ-nin vəd etdiyi silahları almayıb

Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldə keçirilən sammitdə Rusiya silahlı qüvvələrinin cəbhədə tədricən irəlilədiyini bildirib...Poliqon xəbər verir ki, Zelenski Avropa İttifaqı ölkələrindən Ukraynaya cəbhə xəttini saxlamağa kömək edəcək hər şeyi istəyib.Ukrayna lideri Rusiyanın silah sahəsində üstünlüyünü qeyd edib və tərəfdaşlarını cəbhə xəttini saxlamağa kömək edən hər şeyi təmin etməyə çağırıb: mərmi, avadanlıq və pilotsuz təyyarələr. O, Brüsseldə keçirilən sammitdə Aİ liderlərinə müraciətində deyib: "Onlar bizə cəbhədə təzyiq göstərirlər və tədricən irəliləyirlər".Eyni zamanda Zelenski qeyd edib ki, Ukrayna heç vaxt Aİ-nin vəd etdiyi silahları almayıb. "Təəssüf ki, biz Avropa İttifaqından bu qədər danışılan milyonlarla artilleriya mərmisini hələ almamışıq. Həmçinin bəzi digər təşəbbüslər hələ tam həyata keçirilməyib və bu, ilk növbədə əsgərlərimizin cəbhədə nədən istifadə edə biləcəyinə və təəssüf ki, nəyi gözləməli olacağına təsir edir", deyə prezident bildirib.O, həmçinin müqavilələrin icrasını sürətləndirməyə çağırıb.Aprelin 6-da Zelenski Ukrayna silahlı qüvvələrinin əks-hücum üçün mərmilərinin tükəndiyini bildirib. Eyni zamanda, onun sözlərinə görə, özəl təşəbbüslər sayəsində Ukrayna müdafiə üçün mərmilərə malikdir. Sabah, aprelin 19-da Zelenskinin tələbi ilə NATO-Ukrayna Şurası keçiriləcək. Görüşün mövzusu Ukraynaya yardımın ayrılması olacaq.Poliqon.info

Seçilən
169
25
Mənbələr
Şərh ()
Bağla