- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Meksikada şəxsi helikopterin qəzaya uğraması nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza ilə bağlı araşdırmalara başlanılıb.
Meksikanın paytaxtı Koyoakan bölgəsində qəzaya uğrayan helikopter alovlanıb. Hadisədə 3 nəfər həyatını itirib, əraziyə axtarış-xilasetmə qrupları sövq edilib.
Şahidlərin sözlərinə görə, pilot helikopterin bazar meydanına çırpılmasının qarşısını almaq üçün son anda manevr edib. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.