AZ

Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti” layihəsi yenidən təşkil edilib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Xalqın mədəni sərvəti” layihəsini yenidən təqdim edib.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, dördüncü dəfə keçirilən layihə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub.

Layihənin ilk günü Heydər Əliyev Mərkəzində Süleyman Ələsgərovun yaradıcılığına həsr olunmuş konfrans keçirilib. Konfransda "Süleyman Ələsgərovun operettaları", "Süleyman Ələsgərovun mahnı və romansları", "Opera yaradıcılığı", "Üzeyir ruhlu bəstəkar Süleyman Ələsgərovun yaradıcılığının üslub xüsusiyyətləri", "Simfonizm ənənələri" mövzuları müzakirə edilib.

Daha sonra Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1 nömrəli UMM, Gəncə şəhər 2 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Goranboy rayon Xanqərvənd UMM, Düzqışlaq UMM, Dəliməmmədli UMM, Borsunlu UMM, Qızılhacılı UMM, Samux rayon Sərkar kənd UMM, Qarayeri qəsəbə UMM, Daşkəsən Uşaq İncəsənət Məktəbi, Göygöl Aşıq Şəmşir UMM-nin şagirdlərinin iştirakı ilə bəstəkarın əsərlərindən ibarət konsert proqramı keçirilib. Günün sonu Gəncə Dövlət Dram Teatrında Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1 nömrəli UMM, Gəncə şəhər 2 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Goranboy rayon Düzqışlaq UMM, Qızılhacılı UMM, Səfikürd UMM, Samux şəhər UMM, Samux rayon Sərkar kənd UMM, Qarayeri qəsəbə UMM, Göygöl Aşıq Şəmşir UMM-nin müəllimlərinin konserti baş tutub.

Aprelin 20-dək davam edəcək layihə Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyası, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə baş tutur.

Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi 8-14 yanvar tarixlərində simfonik muğam janrının banisi Fikrət Əmirova, 14-16 fevral tarixlərində görkəmli bəstəkarımız Qara Qarayevə, 27-29 mart tarixlərində xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğluna həsr olunub.

Gəncə Gəncə Gəncə Gəncə Gəncə Gəncə Gəncə Gəncə Gəncə
Seçilən
84
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28556
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27197
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
20595
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18196
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14832
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10491
Sabah 20 dərəcə isti olacaq
10231
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
9286
May ayında Azərbaycana qar yağdı - VİDEO
9051
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8897
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8611
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7545
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7215
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7215
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6830
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6661
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6649
Azərbaycan nefti ucuzlaşıb
6294
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6288