AZ

İsrail yenidən İrana hücum edərsə, ABŞ ona kömək etməyəcək

İsrail İrana hücum edərsə ABŞ ona kömək etməyəcək.

Editor.az xəbər verir ki, bu radə mənbələrə istinadən ABC bildirirb. Pentaqonun rəhbəri Lloyd Ostin aprelin 14-də İsrailin müdafiə naziri Yoav Qallanta özəl söhbətində bu barədə danışıb. Ağ Evin yüksək rütbəli rəsmisi telekanala bildirib ki, “İsrailin özünü müdafiə etmək imkanı olduğuna inanırıq”. İsrailin İrana zərbə endirməsinə kömək etməsi ilə bağlı suala isə o, belə cavab verib: “Biz bunun mümkünlüyünü təsəvvür edə bilmərik”.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran yüzlərlə pilotsuz təyyarə və raketlə İsrail ərazisinə hücum edib. Zərbə İsrailin aprelin 1-də Dəməşqdəki İslam Respublikasının konsulluğuna hücumuna cavab olaraq həyata keçirilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla