AZ

İsrail İrana raket zərbəsi endirdi

Tarix: 19 Aprel 2024 07:20

İran İsrailin hücumuna məruz qalıb
İranda yerləşən obyekt İsrailin raket hücumuna məruz qalıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Aprelin 18-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns bildirib ki, İsrail İrana PUA və raketlərlə cavab verməyi nəzərdən keçirir.
Bundan öncə İran hakimiyyəti BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda İslam Respublikasının İsraillə münaqişəni genişləndirmək istəmədiyini, lakin yəhudi dövlətinin təcavüzkarlıq nümayiş etdirdiyi təqdirdə daha güclü cavab verəcəyini bildirmişdi.
Milli.Az

Seçilən
223
2
Mənbələr
Şərh ()
Bağla