AZ

“Dövlət başçısı ölkənin inkişafında gənclərin roluna xüsusi önəm verir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan dövlət başçısının sözləri ilə desək, Azərbaycanın yeni dövrü başlayıb. Bu yeni dövrdə Azərbaycan artıq qalib dövlət kimi öz təzahürünü tapır. Respublikamız öz ərazi bütövlüyü və suverenliyini təmin edib, öz yurduna sahib çıxıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan demokratik və tolerant dövlətdir: “Respublikamız bu gün dünyanın çətin vəziyyətdə olan dövlətlərinə hər cür yardım göstərə biləcək bir gücə, qüdrətə sahibdir. İqtisadi cəhətdən güclü olan Azərbaycan ən müasir silahlara sahibdir. Çünki Ermənistandakı revanşist qüvvələr, o cümlədən Ermənistana havadarlıq edən bəzi Qərb dövlətləri ölkəmizin uğurlarını həzm edə bilmir və dövlətimizin öz tarixi torpaqlarını azad etməsini qəbul etmir. Bu mənada da Azərbaycan həm bölgənin güclü, həm də dünyanın nəhəng dövlətləri ilə birgə addımlamağı bacaran dövlətinə çevrilib.

Başlayan yeni dövr isə yeni kadrlar tələb edir. Respublikamızın siyasətini dərk edən, eyni zamanda bunu tətbiq edən gənclərə ehtiyac duyulur. Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan gəncləri ilə bağlı forumların əsası qoyulmuşdur. Azərbaycanın dövlət başçısı İlham Əliyev də ölkənin inkişafında gənclərin roluna xüsusi önəm verir. Hazırda istənilən sahə üzrə gəncləri görmək mümkündür və onlar yaradıcılıqları ilə öz işlərinin peşəkarına çevrilirlər. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti gənclərə böyük önəm verir, qayğı göstərir. Bu mənada qalib Azərbaycan gənclərin gücündən istifadə edərək, dünyanın ən qüdrətli dövlətinə çevriləcək”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla