AZ

"Bütün bunlar Azərbaycanın qazancıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ölkəmizdə keçirilən tədbirlər Azərbaycanın həqiqətlərini dünyaya çatdırmağa şərait yaradır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin uzaqgörənliyi, ağlı, siyasəti nəticəsində Azərbaycan 2020-ci ildə 44 günlük müharibədə təkcə döyüş meydanında qələbə qazanmadı, həm də informasiya müharibəsini qazandı: "Çünki uzun müddət ərzində ermənilərin bütün dünyaya yaydığı yalanı Azərbaycan Prezidenti heçə çıxardı. 3 il ərzində də Azərbaycan mediası bütün dünyaya Azərbaycanın həqiqətlərini çatdıra bildi. Bu həqiqətlərin çatdırılmasında Bakıda keçirilən tədbirlərin böyük rolu oldu. "Formula" 1 yarışı elit bir idman yarışıdır. Azərbaycanın mədəniyyətini, inkişafını dünyaya çatdırmaq üçün sözə ehtiyac yoxdur. Hər şeyi kadrlar, Azərbaycanın inkişafı deyir.

Bakı Beynəlxalq Humanitar Forumu çox güclü tədbirdir. Azərbaycan dünyada hörməti olan əksəriyyəti keçmiş dövlət başçıları ilə işləyir. Vəzifədə olanlar ola bilər ki, kənardan təzyiqlər altında Azərbaycan həqiqətlərini deməkdən qorxsunlar. Vəzifədə olan dövlət başçılarının özlərinə məxsus cəmiyyəti olur. Onlar adətən siyasi elitadır, siyasi elitada onlar Azərbaycanla bağlı fikirlərini gündəmə gətirirlər".

"Azərbaycan bu tədbirlərə ev sahibliyi etməklə təkcə Azərbaycan siyasətini yox, mədəniyyətini, əxlaqını, düşüncəsini, milli dəyərlərini bütün dünyaya çatdırır. Bizim necə əxlaqlı xalq olduğumuzu gündəmə gətirə bilir. Bu tədbirlərin iqtisadi əhəmiyyəti böyükdür. Həm Azərbaycanın beynəlxalq-iqtisadi əlaqələrini görürlər, həm də Azərbaycana maraq artır. İkincisi, Azərbaycana bu marağın artması turist axınının gəlməsinə səbəb olur. Turistlər gələndə təkcə mehmanxanada qalmırlar, Azərbaycanda yerli sənayenin inkişafına təkan verirlər. Bütün bunlar Azərbaycanın qazancıdır. Azərbaycan paytaxtı həm gözəlləşir, dünyaya tanıdılır, Bakı şəhərinin arxitekturasına yeniliklər əlavə olunur. Müxtəlif çalarlar gündəmə gəlir. Bütün bunlar şəhər arxitekturasının inkişafına təkan verir" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla