AZ

"Nənə-baba gənc ailəyə müdaxilə etməməlidir" - PSİXOLOQ ŞƏRH ETDİ

"Ailədaxili münaqişələr bütün ailələrə məxsusdur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, ailə qərar verəndə ki, ayrılıq baş versin, bu zaman uşaqlara psixoloji dəstək öncədən vacibdir: "Həm ailə, həm də uşaqlar psixoloji dəstək almalıdırlar. Əgər uşaqlar psixoloji dəstək almırsa, valideynlər alırsa, o zaman valideynlər uşaqlara dəstək verə bilərlər. Sadəcə əsas məsələ digər valideynlərin məsələyə qarışmasıdır. Nənə, babanın məsələyə qarışmasının qarşısı alınmalıdır. Ailələr boşanmırsa da, yenə də ailədaxili məsələlər həll olunmalıdır. Digər ailələrin müdaxiləsi olmamalıdır.

Uşağı günahlandırmaq, əlbəttə ki, olmaz. Necə ki ailə quranda qərarı böyüklər veriblər, eləcə də ayrılanda da qərarı özləri verməlidirlər. Hətta ayrılmayanda da qərar özlərinindir. Valideynlər anlamalıdırlar ki, heç bir halda uşağın günahı yoxdur. Nə ayrılma prosesində, nə də birlikdə qalma prosesində uşaq günahsızdır. İstəyən bunu edir, istəməyən etmir. Yenə də uşaqlar ikinci dərəcədə xəsarət alan olmalıdır. Təəssüf olsun ki, valideynlər psixoloji olaraq xəsarət alanda bunu uşaqlara da göstərirlər. Ona görə də çalışmaq lazımdır ki, boşanma olsa da, valideyn psixoloji dəstək alsın. Qərarında əmin olmaq üçün bu lazımdır".

Müəllif: Söylü Ağazadə
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla