AZ

Narkotik satışını təklif edən şəxsi xəncərlə öldürən hökmdən şikayətçidir

Abşeronda xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Zamir Ağaliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 16-na təyin edilib.

 

Şikayət hakim Elman Rəhimovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Ağaliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: 2022-ci il aprelin 30-u saat 23 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 1963-cü il təvəllüdlü Gülağa Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən qəsəbə sakini, 1993-cü il təvəllüdlü Zamir Ağaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülağa Əliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Zamir Ağaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

O, məhkəmədə deyib ki, zərərçəkmiş Gülağa Əliyev həm narkotik vasitə istifadəçisi, həm də satıcısı olub. Bildirib ki, hadisədən əvvəl zərərçəkmiş şəxs ona yaxınlaşaraq salamlaşıb və: “Əlimdə nəşə və patı var, sən də “srok” görmüş oğlansan, razılaşaq, verim sənə, sat”, - deyib. Zamir isə həmin vaxt Gülağaya: “Gələrəm, söhbət edərik”, - deyə cavab verib. Dediyinə görə, o, elə həmin vaxt Gülağanı öldürmək fikrinə gəlib. Sonra Zamir onunla görüşüb, söhbət edib və xəncərlə zərərçəkmişin ürək və digər nahiyələrinə ümumilikdə 13 zərbə endirib. Daha sonra polisə gedərək könüllü təslim olub. 

 

Kamal Məmmədov

Tarix: 16 Aprel 2024, 08:49   
Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28869
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27287
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
21099
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18211
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14867
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10710
Sabah 20 dərəcə isti olacaq
10340
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
9894
May ayında Azərbaycana qar yağdı - VİDEO
9077
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8974
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8626
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7572
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7283
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7219
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6968
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6860
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6689
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6670
Azərbaycan nefti ucuzlaşıb
6346
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6330