AZ

Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır 

Proktor həkim statusunu qazanan dünyada 12 həkimdən biri olan tanınmış invaziv uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində olan Uşaq Xəstəxanasında fəaliyyətə başlayıb.
 
Bu barədə Aztibb.az-a STM-dən məlumat verilib.
 
Bildirilib ki, E.İmanov 1974-cü ildə Bakı şəhərində anadan olub. 1992-2001-ci illərdə Türkiyənin İstanbul Universitetinin “Cerrahpaşa Tıp Fakültesin”də təhsil alıb. 2004-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasında aspiranturaya qəbul olub, eyni zamanda həmin illərdə İstanbul Universitesi “Çapa Tıp Fakültesi”ndə Uşaq xəstəlikləri kafedrasında təhsil alıb.
 
O, 2006-2009-cu illərdə İstanbul şəhərində “Dr Siyami Ersek Kalp Damar Cerrahisi” xəstəxanasında uşaq kardioloqu təhsili alıb. Uşaq kardiologiyası üzrə ixtisaslaşmasını ABŞ-ın Çikaqo şəhərində yerləşən “Rush” universitetində davam etdirib.
 
E.İmanov 2009-2011-ci illərdə Mərkəzi Klinikada uşaq kardioloqu işləyib. 2011-2019-cu illərdə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində böyük elmi işçi kimi fəaliyyət göstərib. 2019-cu ildən etibarən Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında II Uşaq xəstəlikləri kafedrasında həkim-uşaq kardioloqu, həmçinin müəllim vəzifəsində çalışır.
 
Həkim ABŞ-da fəaliyyət göstərən Pediatrik və Konjenital Kardiologiya Assosiasiyasının, Avropa Kardiologiya Cəmiyyətinin müəllim heyət üzvü, Türkiyə Pediatrik Kardiologiya Cəmiyyətinin və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdür. O, xarici (Türkiyə, ABŞ) və ölkə mətbuatında çap olunmuş 64 elmi işin müəllifidir. Azərbaycan Respublikasında, eləcə də bir çox xarici ölkələrdə keçirilən çoxsaylı elmi konqreslərdə iştirak edib.
 
E.İmanov dünya miqyaslı “ABBOT” təhsil şəbəkəsində proktor həkim statusunu qazanan dünyada 12 həkimdən biridir.
 
İnvaziv kardiologiya sahəsində flaqman sayılan bu şəbəkənin sertifikatı azərbaycanlı həkimin bütün dünya üzrə təlimçi statusunu təsdiqləyir.
 
O, Asiya, Yaxın Şərq, Qafqaz, Şimali Afrika ölkələri üzrə təlimçidir.
Seçilən
85
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27763
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26822
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19112
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18166
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14670
Sabah 20 dərəcə isti olacaq
10013
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9644
May ayında Azərbaycana qar yağdı - VİDEO
8966
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8746
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8563
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
7481
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7440
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7195
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7067
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6687
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6595
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6559
Azərbaycan nefti ucuzlaşıb
6177
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6169