AZ

May ayında gözlənilən amnistiya və əfv kimlərə şamil olunacaq? - AÇIQLANDI

“Əfv prezidentin müstəsna səlahiyyəti olduğundan ancaq onun sayəsində hansısa məhkumun bağışlanması baş tuta bilər”.
 
Bunu Yenisabah.az-a Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib.
 
Bundan əvvəl hüquq müdafiəçisi Novella Cəfəroğlu may ayında geniş əfv və amnistiya aktının qəbul olunacağını bildirib.
 
İndi bir çoxlarını düşündürən həmin rəsmi aksiyanın kimləri əhatə edəcəyidir. Çünki əfv sərəncamı və amnistiya haqqında qanunun Cinayət Məcəlləsinin bəzi maddələrini əhatə etmədiyi iddiası var.
 
Bu həqiqətən də belədirmi?
 
Əliməmməd Nuriyev qeyd edib:
 
“Əfv prezidentin müstəsna konstitusion səlahiyyəti olduğundan ancaq onun sayəsində hər hansı bir məhkumun əfv olunması baş tuta bilər. Bu zaman əfv olunan şəxsin hansı cinayəti törətməsi ilə bağlı hər hansı bir qanuni məhdudiyyət yoxdur. Çünki əfv institutunun fəlsəfəsində mərhəmət durur.
 
Əlbəttə, əfvin tətbiqi ilə bağlı meyarlar vardır. Əfv tətbiq edilərkən hər şeydən əvvəl məhkumun şəxsiyyətinə, etdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə diqqət edilməlidir. Əgər məhbus yüksək ictimai təhlükəlilik dərəcəsi olan cinayət törədibsə, əlbəttə, bu şəxsin əfv olunması ilə bağlı ciddi yanaşmalar olacaq.
 
Eyni zamanda, məhbusun cəza çəkdiyi müddətdə davranışının necə olması, özündə kriminal elementləri saxlayıb-saxlamaması müşahidə olunur. Digər tərəfdən, cinayətdən zərər çəkmiş şəxsin özü və ya yaxınlarının özlüyündə məhbusu bağışlaması da nəzərə alınır. Məsələn, ömürlük həbs olunmuş məhbuslar var ki, bir neçə şəxsin qətlində günahkardırlar və belə şəxslərin əfv olunması elə də asan məsələ deyil. Bu istiqamətdə Əfv Komissiyasının məhbuslarla bağlı rəyi prezidentə təqdim olunur”.
 
Hüquqşünas əfvdən fərqli olaraq, amnistiyanın konkret kateqoriyalara aid cinayətlərlə bağlı həbs olunmuş məhbuslara aid edildiyini qeyd edib:
 
“Amnistiya əfvdən fərqli olaraq, qeyri-müəyyən sayda şəxslərə aid edilən institutdur. Burada ayrı-ayrı kateqoriyadan olan cinayətlərin amnistiyaya düşüb-düşməməsinə baxılır.
 
Digər tərəfdən, amnistiya məhkum edilməmiş şəxslərə də aid edilə bilər. Yəni barəsində cinayət işi açılmış və istintaqı davam edən şəxslər.
 
Amnistiya ilə bağlı da bir çox meyarlar var. Tutaq ki, şəhid ailəsi üzvlərinə, Vətən müharibəsi qazilərinə və yaxud ailə vəziyyəti daha fərqli olan məhbuslara amnistiya tətbiq olunur. Aktında konkret müəyyənlik vardır ki, buraya hansı növ cinayət törətmiş məhbuslara bu aktın şamil olunacağı məlumdur. Bu baxımdan amnistiya Milli Məclisin aktı ilə tətbiq olunur. Xüsusilə ağır cinayətlər amnistiyaya düşmür”.
 
Seçilən
68
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18804
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
18373
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17967
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17220
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15714
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15052
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14980
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
14866
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11399
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11058
"Zaur, yenə çaşdın..." - VİDEO
8695
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7742
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7079
Minimum əmək haqqı nə qədər arta bilər?
6903
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6725
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6634
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5768
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5563
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5123