AZ

"Liverpul" onun üçün 15 milyon avro təzminat ödəməyə hazırdı

Portuqaliyanın "Sportinq" klubunun baş məşqçisi Ruben Amorim "Liverpul"a rəhbərlik edə bilər.

Futbolpress.az xəbər verir ki, "qırmızılar"ın rəhbərliyi komandanın sükanını mütəxəssisə tapşırmaq istəyir. Bu barədə "The Telegraph" nəşri məlumat yayıb. "Liverpul" Amorim üçün "Sportinq"ə 15 milyon avro təzminat ödəməyə hazırdır.

"Liverpul"da baş məşqçi postuna əvvəlki namizəd Xabi Alonso idi. Lakin mütəxəssis "Bayer"də qalmağa qərar verib və İngiltərə klubu diqqətini Amorimə yönəldib.
Seçilən
187
8
Mənbələr
Şərh ()
Bağla