AZ

Məşhur müğənninin futbolçu sevgilisi təyyarə uçuşlarına bir milyon dollardan çox xərcləyib

Məşhur amerikalı müğənni Teylor Sviftin sevgilisi, reqbi oyunçusu Travis Kelçe onunla görüşlər zamanı ABŞ-da daxili və beynəlxalq səviyyədə şəxsi uçuşlara bir milyon dollardan çox pul xərcləyib.

Valyuta.az xəbər verir ki, bu barədə "The New York Post" nəşrinə Aviasiya məsləhətçiləri açıqlama verib. Onların hesablamalarına görə, Kelçe Svifti görmək üçün şəxsi təyyarə səfərlərinə sentyabr ayından bəri təxminən 1.210.000 dollar xərcləyib. O noyabrda sevgilisinin Argentinada keçirilən konsertinə çatması üçün çarter reysindən istifadə edib və formasını geyindiyi "Kansas City Chiefs"in məşqinə vaxtında qayıdıb.

Dallaslı aviasiya eksperti Riçard Levi açıqlamasında, "Fərqli olan bəzi xərclər var... Lakin ABŞ-dan beynəlxalq təyinat yerinə getmək üçün 10 nəfərlik şəxsi təyyarə icarəyə götürmək təxminən 300.000 dollara başa gəlir" - sözlərini söyləyib. 

Kelçe fevralda komandası ilə birlikdə "Super Bowl"u qazandıqdan cəmi 10 gün sonra Sviftin Avstraliyanın "Accor" stadionunda fevralın 21-də baş tutan konsertini izləmək üçün Havay adaları vasitəsilə Los-Ancelesdən Sidneyə uçmaq üçün təyyarə icarəyə götürüb. 

"Cirrus Aviation Services"in aviasiya üzrə eksperti Mixael Cordano ABŞ-dan Argentinaya şəxsi uçuşun təxminən 300.000, Los-Anceles-Sidney marşrutu üzrə 10 yerlik təyyarənin isə təxminən 340.000 dollara başa gəldiyini bildirib. Cordano mart ayında Ohayo ştatının Klivlend şəhərindən Sinqapura səyahətin təxminən 570.000 dollara başa gəldiyini də təsdiqləyib. 

Qlobal turunda konsertlərini tamamlamaq və yeni sevgilisinin NFL oyunlarına qatılmaq üçün bir qitədən digərinə səyahət edən Sviftin şəxsi təyyarə səyahətləri də ciddi şəkildə araşdırılır. Müğənninin sözçüsü "The Independent"ə verdiyi açıqlamada, Teylorun tur çərçivəsində səfəri də daxil olmaqla, bütün səyahətlərini kompensasiya etmək üçün lazım olandan iki dəfə çox karbon krediti aldığını bildirib.

Fərdi şəxslərə və ya şirkətlərə istixana qazı emissiyalarını "ofset" etməyə imkan verən karbon krediti proqramları ümumiyyətlə tənzimlənmir və Sviftin turdan kənar tez-tez şəxsi təyyarə səfərlərini kompensasiya etmək üçün də istifadə olunub-olunmadığı məlum deyil.

Elmir

Seçilən
244
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14710
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14470
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14432
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12261
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10560
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8707
"Zaur, yenə çaşdın..." - VİDEO
7600
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5704
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4418
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4153
Elçin boşandığını etiraf etdi - FOTOLAR
4138
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3955
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3866
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3628
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3064
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3063
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2828
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2802
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2676