AZ

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədəinstitutdan məlumat verilib. İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev daşnak-bolşevik terror dəstələrinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımından 106 il keçdiyini, xüsusi qəddarlıqla törədilən kütləvi qırğınlarda 50 mindən çox soydaşımızın qətlə yetirildiyini, tarixi mədəniyyət abidələrimizin və məscidlərimizin dağıdıldığını söyləyib.

Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin müdiri dosent Kamran İsmayılov soyqırımı dəhşətlərindən, səbəblərindən və əhatə etdiyi coğrafiyadan danışıb. Kamran İsmayılov Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra da erməni daşnak terror dəstələrinin törətdikləri qətliamların Qarabağ, Zəngəzur, Vedibasar, Zəngibasar və digər bölgələrdə davam etdiyini bildirib, azərbaycanlıların üzləşdiyi soyqırımı faciəsinin xalqımızın qan yaddaşından heç zaman silinməyəcəyini vurğulayıb.

“Mart soyqırımı ərəfəsində Bakıda ictimai-siyasi vəziyyət və bolşevik-daşnak alyansının formalaşması” adlı məruzə ilə çıxış edən Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin böyük elmi işçisi Aygün Əzimova söyləyib ki, 1918-ci ilin əvvəlində Azərbaycan milli qüvvələrinin muxtariyyət arzusunun reallaşması üçün Bakıda möhkəmlənmək əsas şərt olduğu kimi, Qafqazı əldə saxlamaq istəyən bolşeviklər üçün də bu vacib idi. Bolşeviklər Bakıda öz hakimiyyətlərini yaya bilmək üçün Azərbaycan milli qüvvələrini məhv etməyi nəzərdə tuturdular. Ümumən, mart soyqırımından öncə Bakıda daşnak-bolşevik alyansının ortaya çıxmasını reallaşdıran əsas amillər Azərbaycan milli demokratik hərəkatının güclənməsi və Osmanlı faktoru idi. Bu zaman Bakıda çoxsaylı erməni hərbi qüvvələrinin toplanması bolşevikləri daşnaklardan asılı vəziyyətə salırdı. Şaumyanın siyasi mövqeyi və ambisiyaları, tərəflər arasında nüfuzu isə subyektiv amil olaraq bolşevik-daşnak alyansına təminat verirdi.

Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi dosent Mübariz Ağalarlı “Türk dünyasında soyqırımları və onların nəticələri” adlı məruzə ilə çıxış edib. Alim bildirib ki, XX əsrin əvvəllərindən etibarən çar Rusiyası və onun varisi olan bolşevik Rusiyasının işğalında olan türk bölgələrində həyata keçirilən müstəmləkəçilik siyasəti nəticəsində türk dövlətçilik sisteminə, etnosiyasi təsisatlarına, sosial-mədəni həyatına qarşı bir soyqırımı siyasəti həyata keçirilib. Xüsusilə də XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi, inqilabi dəyişikliklər imperiya tərkibində yaşayan türk xalqlarında da milli oyanışa səbəb olub, çar Rusiyasına qarşı milli azadlıq hərəkatına çevrilib. Arxiv sənədlərinə istinadən qeyd etmək olar ki, 1914-1921-ci ilin əvvəllərinə kimi ermənilər Qars və Ərdahanda 30 min türk əhalini məhv ediblər. Rəsmi arxiv sənədlərinin verdiyi məlumatlara görə, bu cür cinayətləri ermənilər Mərkəzi Asiyanın türk əhalisinə qarşı da törədiblər. 1918-1919-cu illərdə Fərqanə vadisində 180 yaşayış məntəqəsi əhalisi ilə birlikdə yandırılıb. Kokandda 3 günə 10 min, Mərgilanda 7 min, Əndicanda 6 min, Namanqanda 2 min, Kokand yaxınlığındakı Bazarkurqanda 4 min 500, Oşda 2 min, Çustda 1500 insan vəhşicəsinə qətlə yetirilib. Cinayətin izini itirmək məqsədilə daşnaklar bütün cəsədləri yandırıblar. Üç ay ərzində Fərqanə vadisində erməni daşnakları tərəfindən 35 min nəfər qətlə yetirilib. On il davam edən bolşevik terroru nəticəsində isə Türküstanda 1 milyon 700 min nəfər günahsız insan vəhşicəsinə məhv edilib. Mübariz Ağalarlı qeyd edib ki, ortaq dil, dünyagörüşü, mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlanan türk xalqlarını, eyni zamanda ortaq faciə - türk xalqlarına qarşı soyqırımı faciəsi də birləşdirir. Xüsusilə XX əsrdə çar Rusiyası və bu imperiyanın siyasi varisi olan sovet Rusiyası zaman-zaman hərbi-siyasi alət kimi istifadə etdikləri erməni ünsürləri ilə birlikdə milyonlarla türk-müsəlman əhalisini qətlə yetirərək soyqırımı siyasəti həyata keçiriblər.

Tədbirdə mövzu ilə bağlı geniş müzakirə aparılıb.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14615
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
14334
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
14252
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
12139
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
10360
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
8595
"Zaur, yenə çaşdın..." - VİDEO
7537
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5641
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
4171
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4076
Elçin boşandığını etiraf etdi - FOTOLAR
3949
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
3904
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
3744
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
3542
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3049
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3030
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2815
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2765
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2664