Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza martın 29-u saat 01:00 radələrində qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan “Toyota Prius” markalı maşın, “Mercedes” markalı avtomobillə toqquşub. İddialara əsasən, qəzaya səbəb “Prius” sürücüsünün növbəsini gözləmədən hərəkət etməsi olub. Nəticədə bir-birinə çırpılan hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. “Prius”da sərnişin qismində olan qadın başından xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin