AZ

Qayda pozan “Prius” sürücüsü qəza törətdi, qadın sərnişin xəstəxanalıq oldu - VİDEO

Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza martın 29-u saat 01:00 radələrində qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan “Toyota Prius” markalı maşın, “Mercedes” markalı avtomobillə toqquşub. İddialara əsasən, qəzaya səbəb “Prius” sürücüsünün növbəsini gözləmədən hərəkət etməsi olub. Nəticədə bir-birinə çırpılan hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. “Prius”da sərnişin qismində olan qadın başından xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.

Nərmin

Seçilən
25
50
Mənbələr
Şərh ()
Bağla