AZ

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Bakıda ölümlə nəticlənən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kamil Şıxıcanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Zamiq Bağırovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclaaının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Binəqədi rayonu 8-ci mikrorayon adlanan ərazidə C. Xəndan küçəsində qeydə alınıb. Şıxıcanov Kamil Hüseynağa oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Məmmədzaadə Elnur İlqar oğlunun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən mopedin sərnişini 20 yaşlı Cavid İsgəndərli orada ölüb. K.Şıxıcanova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
68
47
Mənbələr
Şərh ()
Bağla