AZ

BMT açıqladı: Gürcüstan 60-cı, Ermənistan 76-cı, Azərbaycan 89-cu sırada… – Siyahı


Azərbaycan BMT-nin ötən il üçün hazırladığı “İnsan inkişafı indeksi” hesabatında 193 ölkə arasında 89-cu yerdə qərarlaşıb.
Yeniavaz.com
xəbər verir ki, hesabatda Azərbaycanın indeksi 0,760 bal olaraq qiymətləndirilib. Bu indeksə əsasən, Azərbaycan orta inkişaf səviyyəsinə uyğun qiymətləndirilib.
Məlumat üçün bildirək ki, 1990-cı ildən etibarən hər il BMT tərəfindən nəşr edilən “İnsan inkişafı indeksi” dünya ölkələrində əhalinin rifah səviyyəsini göstərən hesabatdır.

Bu indeks insan inkişafının üç ölçüsünü özündə birləşdirir:
- Uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır);
- Təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır);
- Layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti, gəlir əsasında hesablanır).

“İnsan inkişafı indeksi”ndə ölkələr 0-1 balla qiymətləndirilir:
- 0,9 baldan yuxarılar inkişaf səviyyələri çox yüksək olan ölkələr;
- 0,8-0,9 bal arasında olanlar inkişaf səviyyəsinin yüksək olduğu ölkələr;
- 0,5- 0,8 bal arasında olanlar orta inkişaf səviyyəsinə malik ölkələr;
- 0,5 baldan az olanlar inkişaf səviyyəsinin aşağı olduğu ölkələr hesab olunurlar.

Azərbaycanla eyni regionda yerləşən ölkələrin “İnsan inkişafı indeksi”ndəki mövqeyi aşağıdakı kimi olub:

46-cı yer – Türkiyə – 0,855 bal
56-cı yer – Rusiya – 0,821 bal
60-cı yer – Gürcüstan – 0,814 bal
67-ci yer – Qazaxıstan – 0,802 bal
69-cu yer – Belarus – 0,801 bal
76-cı yer – Ermənistan – 0,786 bal
78-ci yer – İran – 0,780 bal
86-cı yer – Moldova – 0,763 bal
89-cu yer – Azərbaycan – 0,760 bal
94-cü yer – Türkmənistan – 0,744 bal
100-cü yer – Ukrayna – 0,734 bal
106-cı yer – Özbəkistan – 0,727 bal
117-ci yer – Qırğızıstan – 0,701 bal
126-cı yer – Tacikistan – 0,679 bal

“İnsan inkişafı indeksi”ndə ən yaxşı vəziyyət İsveçrəyə (0,967 bal) məxsus olub. İkinci sırada Norveç (0,966 bal), üçüncü sırada isə İslandiya (0,959 bal) yer alıb. İlk beşliyi HonKonq (0,956 bal) və Danimarka (0,952 bal) tamamlayıb.
İnsan inkişafı ilə bağlı hesabatda ən pis vəziyyət Somali (0,380 bal), Cənubi Sudan (0,381 bal)  Mərkəzi Afrika Respublikası (0,387 bal), Niger (0,394 bal), və Çada (0,394 bal) məxsus olub.

Elnur Əli
Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18838
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
18519
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17967
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17236
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15739
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15154
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14984
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
14975
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11431
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11079
"Zaur, yenə çaşdın..." - VİDEO
8699
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7752
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7094
Minimum əmək haqqı nə qədər arta bilər?
6921
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6873
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6648
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5780
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5584
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5123