AZ

Banklar kredit faizlərindən 482 milyon manat gəlir əldə ediblər

Azərbaycandakı bankların 2024-cü ilin yanvar-fevral aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin iki ayında bankların kreditlər üzrə faiz gəlirləri 482.2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.

Bankların 2023-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 404.8 milyon manat təşkil etmişdir.

Yanvar-fevral ayında faizlər üzrə xərcləri isə 125.5 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 96.3 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Seçilən
161
50
Mənbələr
Şərh ()
Bağla