AZ

“AGA Group”un faktorinq şirkətinin aktivləri kiçilib – Səbəb?

“AQA Şirkətlər Qrupu”na daxil olan faktorinq şirkəti “Ferrum Kapital” QSC-nin aktivlərinin həcmi əlaqəli şəxslərdən alınan vəsaitlərin geri alınması nəticəsində kiçilib.

Banker.az xəbər verir ki, bu barədə əldə edilmiş audit hesabatında qeyd edilir.

Hesabata görə, “Ferrum Kapital”ın aktivlərinin həcmi son bir ildə 2.65 faiz azalaraq 58.75 mln. manata düşüb. Faktorinq şirkətinin müştərilərə verdiyi kredit vəavaqnsların həcmindəki artım dinamikası da bir qədər zəif nəticə göstərib. Belə ki, akitvlərin həcmi son bir ildə 4.24 faiz artaraq 40.24 mln. manata düşüb. Öncəki ildə 7.75 faiz yüksəlmə dinamikası vardı.

Aktivlərin azalmasında əsas amil əlaqəli şəxslər tərəfindən alınacaq vəsaitlərin son bir ildə 15.9 mln. manatdan 10.7 mln. manata düşməsidir.

Bununla belə, faktorinq şirkətinin borcları da böyüməkdədir. Ötən ilin əvvəli 50.43 mln. manat olan öhdəliklərin həcmi 52.83 mln. manata yüksəlib. Öhdəliklərinin əsasını təşkil edən müddətli borc öhdəliklərinin həcmi son bir ildə 21% artaraq 42.29 mln. manata çatıb.

Şirkət 18.05 milyon manat faiz gəlirinə qarşı 4.44 mln. manat cəmi faiz xərci edib. Beləliklə, 2023-cü ili bütün gəlir və xərclər fəqdinən sonra 2.65 mln. manat xalis mənfəət əldə edib. Öncəki ildə xalis mənfəətin həcmi 2.13 mln. manat idi.

Seçilən
96
50
Mənbələr
Şərh ()
Bağla