AZ

İngiltərə Premyer Liqası topdaşıyanlara qadağa qoydu - Yeni qayda

İngiltərə Premyer Liqası oyunlar zamanı topdaşıyanların oyunçulara top verməsini qadağan edən qərar qəbul edib.

Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.

Qurum hesab edir ki, topdaşıyanların topu oyunçulara ötürməsi ev sahibi komandaya ədalətsiz üstünlük qazandırır. Belə ki, “topdaşıyan”lar topu oyunçulara mümkün qədər tez ötürməklə ev sahibi komandanın rəqibə qarşı təhlükəli hücumlar yaratmasına şərait yaradırlar. Və ya topu gecikdirməklə, qonaq komandanın və onların xeyrinə meydanda yaranmış taktiki üstünlüyün nizamını pozurlar.

Mənbənin məlumatına görə, indi oyunçular topu topdaşıyanlardan deyil, ən yaxın konusdan götürməli olacaqlar. Vurğulayaq ki, topdaşıyan uşaqlara oyunlar zamanı daha konusların yanında dayanmağa belə, icazə verilmir. Liqa ümid edir ki, bununla oyunçular oyun zamanı öz toplarını özləri götürməli olduqlarını başa düşəcəklər.

Dəyişikliyin bir hissəsi olaraq, indi oyunlar zamanı meydandan kənarda daha dörd top olacaq. Topdaşıyanlara isə hər dəfə yeni bir top istifadə edildikdə köhnə topu sərbəst konusa qaytarmaq tapşırığı veriləcək.

Seçilən
58
25
Mənbələr
Şərh ()
Bağla