AZ

Rusiyada Ural çayında bəndin partlaması nəticəsində yüzlərlə evi su basıb

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində bəndin partlaması nəticəsində 2400-dən çox evi su basıb. Bizimyol.info xəbər verir ki, Orenburq vilayətinin mətbuat xidmətinin verdiyi məlumata görə, dünən axşam saatlarında Ural çayı üzərindəki bəndin bir hissəsi uçub. Sel səbəbiylə 4 min 258 evin olduğu bölgədə təxminən 11 min adam çıxılmaz vəziyyətdə qalıb. Bölgədə təxliyə işləri davam edərkən, seldən zərər çəkmiş ərazilərdə suyun səviyyəsi 4 metrə qədər yüksəlib. Daşqın nəticəsində 2400-dən çox ev su altında qalıb. Bölgədən 4200-dən çox insanın təxliyə edildiyi bildirilərkən, 31 məhəllədə 47 körpü və 106 yol nəqliyyata bağlanıb. Rayonun 12 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib. Orenburq fövqəladə hallar orqanlarından alınan məlumata görə, ərazidə 3 nəfərin cəsədi tapılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bənddə xilasetmə və təmir işləri davam etdirilir. Həmçinin bəndin tamamilə uçmaq təhlükəsinin olduğu bildirilib və səlahiyyətlilər Ural çayında suyun təhlükəli səviyyəyə yaxınlaşdığını açıqlayıb. Qadir, Bizimyol.info

Seçilən
153
25
Mənbələr
Şərh ()
Bağla