AZ

Cəlilabadda sabiq məktəb direktoru 45 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur

Bakı. Trend:

Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoruCamal Bəşirovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğundabaşlanmış cinayət işinin istintaqı tamamlanıb.

Cəlilabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,toplanmış sübutlarla Camal Bəşirovun qeyd olunan vəzifədə işlədiyidövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərssaatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarlaümumilikdə 45 min manatdan artıq büdcə vəsaitini mənimsəmə və israfetməsinə əsaslı şübhələr müəyyən edilib.

Camal Bəşirova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluqmövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqlamənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindənsui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekunittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrəməhkəməyə göndərilib.

Seçilən
114
20
Mənbələr
Şərh ()
Bağla