AZ

Sabiq direktor 45 min manat mənimsəmədə şübhəli bilinir

Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoru Camal Bəşirovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Publika.az xəbər verir ki, bu barədə Cəliləbad Rayon Prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, toplanmış sübutlarla Camal Bəşirovun qeyd olunan vəzifədə işlədiyi dövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 45 min manatdan artıq büdcə vəsaitini mənimsəmə və israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Seçilən
202
15
Mənbələr
Şərh ()
Bağla