AZ

Üçqat dünya çempionu həbs olunub

Üçqat

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb.

Reyting.az
xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir.

Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs olan Bakının Binəqədi rayon sakini Allahverən Ağayev bildirib ki, E.Mirzəyev ona məxsus olan bahalı avtomobili vəzifəli tanışının köməyi ilə özgəninkiləşdirib.

Şikayətçinin sözlərinə görə, ölkədə olmadığı müddətdə E.Mirzəyev həmin şəxslə əlbir olaraq qeyri-qanuni şəkildə, yəni etibarnamə olmadan 90-ON-364 nömrə nişanlı “Range Rover” markalı avtomobili 18.01.2021-ci il tarixdə saxta yolla başqa şəxsə satıb və ona 185 000 dollar ziyan vurulub: “Mən başıma gələnlərlə bağlı Nərimanov Rayon Polis İdarəsinə və rayon prokurorluğuna şikayət etdim və bir müddət sonra Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açıldı, Mirzəyev Elman Qurbanxan oğlu həbs edildi. Hazırda Nərimanov RPİ-nin İstintaq şöbəsində cinayət işinin istintaqı bitmək üzrədir. Məlum oldu ki, mən 2021-ci ildə mən Ukraynada olduğum zaman Elman Mirzəyev mənə məxsus olan avtomobili işlədiyi “Auto Gallery” avtosalonundan qeyri-qanuni şəkildə götürüb və məndən heç bir icazə almadan, etibarnamə belə olmadan maşını həmin şəxslə əlbir olaraq saxta yolla satıblar”.

A.Ağayev başlanmış cinayət işi üzrə Elman Mirzəyevlə yanaşı, ona məxsus avtomobilinin rəsmiləşdirilməsində vasitəçilik etmiş həmin şəxsin də məsuliyyətə cəlb edilməsini xahiş edib.

A.Ağayevin vəkili Vasif İsrafilov da “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı Baş Prokurorluğun və DİN-in rəhbərliyinə müraciətlər edilib. Hazırda bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.

İddialarla əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdik. Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza açıqlamasında bildirib ki, vətəndaş müraciəti əsasında qəbul edilib, dinlənilib, hazırda aidiyyəti üzrə araşdırmalar davam etdirilir: “Araşdırmaların nəticəsindən asılı olaraq mübahisə predmeti olan avtomobilin hansı formada digər şəxsin adına keçirilməsi aydınlaşdırılacaq”.

Mövzu ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, A.Ağayevin şikayəti əsasında açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir: “Elman Mirzəyevin Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırda istintaq Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində davam etdirilir.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qeyd olunan cinayət işi üzrə obyektiv və hərtərəfli istintaqın aparılması təmin edilməklə cinayətlərin törədilməsində iştirakı etmiş şəxs(lər)in əməllərinə, o cümlədən zərərçəkmiş şəxs Allahverən Ağayevin müraciətlərində qeyd etdiyi hallara hüquqi qiymətin verilməsi təmin ediləcək”.
Seçilən
55
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26088
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
16978
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16839
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14990
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13944
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11382
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11079
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10655
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10004
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9320
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7159
Səidə Sultan klipi üçün lüt soyundu
7096
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6135
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5906
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5578
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5159
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4926
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4541
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4237