AZ

“Toplum TV”-nin həmtəsisçisi ev dustaqlığına buraxılmayıb

Bakı. Trend:

“Toplum TV”-nin həmtəsisçisi, Ələsgər Əhmədoğlu (Məmmədli)barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzolunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.

Trend xəbər verir, bu günXətai Rayon Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfininverdiyi vəsatət təmin olunmayıb.

Xatırladaq ki, "Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov,Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III RespublikaPlatformasının qurucu üzvü Ruslan İzzətli barəsində 4 aylıq həbsqətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıqqabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə)maddəsi ilə cinayət işi açılıb.

Martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyiofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindənəməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki,paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanındayerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsinfəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşlarıtərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Seçilən
101
15
Mənbələr
Şərh ()
Bağla