AZ

Ölkəmizdəki ticarət mərkəzlərində təhlükəsizlik hansı səviyyədədir? – AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, Moskvada “Crocus City Hall” konsert zalında dəhşətli terror aktı baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatlarına görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 143 nəfər həlak olub.

Sözügedən hadisə Azərbaycanda da təhlükəsizlik məsələsini gündəmə gətirib. Xüsusilə, ticarət mərkəzləri və insanların sıx toplaşdığı yerlərdə göstərilən təhlükəsizlik xidmətlərinin səviyyəsi insanları düşündürür.

Bəs maraqlıdır, bizdə vəziyyət nə yerdədir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib.

O bildirib ki, Azərbaycanda təhlükəsizliklə bağlı hər hansı bir narahatlığa ehtiyac yoxdur: 

“Əlbəttə ki, güc strukturları tərəfindən təhlükəsizliyin təmin olunması yüksək səviyyədə həyata keçirilir. Bunun bariz nümunəsi kimi, illərdir Azərbaycanda nüfuzlu, beynəlxalq tədbirlərin, müsabiqələrin, idman yarışlarının keçirilməsini qeyd edə bilərik. Bu il də Azərbaycanda böyük bir tədbir (COP 29) keçiriləcək. Bunlar təhlükəsizliyin yüksək səviyyədə olmasının göstəricisidir. Bu da ölkə başçısının iradəsi və güc strukturlarının, hüquq-mühafizə orqanlarının səyi nəticəsində reallaşır. Hətta dünyanın nüfuzlu şirkətlərinin, qurumlarının, təşkilatlarının təhlükəsiz hesab olunan ölkələr siyahısında Azərbaycan da üst sırada yer alır”. 

Ekspert əlavə edib ki, dövlət bu məsələdə uğurlu olsa da, müxtəlif təyinatlı obyektlər, eləcə də vətəndaşlarımız diqqətli olmalıdır:

“Onlar bu məsələdə daha fəal iştirak etməlidirlər. İnsanlar qarşılarına çıxan, baş verə biləcək, şübhə doğuran yeni hallar olarsa, şübhəli əşyalara rast gələrlərsə, aidiyyəti üzrə məlumat verməlidirlər. Belə olan halda vətəndaşlar hüquq-mühafizə orqanlarını məlumatlandırmalıdırlar. Daha çox insanın cəmləşdiyi məkanlarda - ticarət mərkəzləri, konsert zalları, ictimai iaşə müəssisələri və parklarda təhlükəsizlik məsələsi ön planda olmalıdır. 

Girişdə insanların vizual olaraq yoxlanmasından, nəzarət müşahidə kameraları vasitəsilərinin reydlərindən tutmuş obyektin fiziki qorunmasına qədər proses diqqətdə saxlanmalıdır. Kompleks yanaşma olan tədbirlər planı da olmalıdır”. 

Ekspert onu da vurğulayıb ki, bütün təyinatlı obyektlərdə mühafizəçilərin bilik və bacarıqlarının yüksək səviyyədə olmasını, mütəmadi olaraq təlimatlandırmadan keçməsini, təlim kurslarına cəlb olunmasını, hər bir obyektin təhlükəsizlik riskinin qiymətləndirilməsini düzgün həyata keçirmək lazımdır:

Obyektdə hansı təhlükələr ola bilər? 

“Məsələn, bir ticarət mərkəzində yanğın, soyğunçuluq, təhdid, təbii fəlakət, fövqəladə və təbiət hadisəsi ola bilər. Təhlükəsizlik əməkdaşları bilməlidir ki, bu anda nə etməlidirlər, necə davranmalıdırlar, məlumatı necə ötürməlidirlər, vətəndaşları hansı yolla təxliyə etməlidirlər. İl ərzində ən azı iki dəfə bu cür təlimlər təşkil edilməlidir. Çünki bu hadisələrdən heç kim 100 faiz sığortalanmayıb. 
Təhlükə risklərinə qarşı hazırlıqlı olmaqla bu kimi hadisələrdən minimal zərərlə qurtulmaq olar. Pis niyyətli insanlar birinci növbədə özlərinə hədəf seçirlər, həmin yeri müəyyənləşdirirlər. Müəyyənləşdirdikdən sonra isə boşluqları axtarırlar, dəfələrlə baxış keçirirlər. Öz çirkin planlarını belə qururlar. Ona görə də mühafizə sistemində boşluq gördükləri yeri hədəfə alırlar”. 

Məhərrəm Əliyev, Bizim.Media

Seçilən
30
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18586
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17836
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
17147
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17093
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15618
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14809
Çingiz Mustafayevin toyudur - FOTOLAR
14271
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
14025
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11179
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10976
"Zaur, yenə çaşdın..." - VİDEO
8588
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7615
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6917
Minimum əmək haqqı nə qədər arta bilər?
6823
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6476
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
6118
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5599
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5437
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
5059