AZ

Azərbaycanda 2 ayda dövlət xətti ilə verilən ipoteka kreditinin məbləği açıqlanıb

2023-cü ilin yanvar-fevralında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 52,2 milyon manat kredit verilib, bu ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.
 
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 31,7 % azalaraq 47,9 milyon manat olub.

2 ay ərzində İKZF istiqraz buraxmaqla 50 milyon manat vəsait cəlb edib, 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 21,9 milyon manat vəsait ayrılıb.
 
2023-cü ildə Azərbaycan banklarında ipoteka kreditlərinin həcmi 21.6 faiz və yaxud 3 milyard 629 milyon manat yüksəlib. 

www.anews.az
Seçilən
80
13
Mənbələr
Şərh ()
Bağla