AZ

Ölkənin bu dövlət sektorunda maaş artımı olub

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sektorunda (İKT) orta aylıq nominal əməkhaqqı 1 640 manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsininin məlumatında qeyd edilib.

Bildirilib ki, dövlət sektorunda bu göstərici 1 373 manat, özəl sektorda isə 1 846 manat olub:

“Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 17,3 %, o cümlədən dövlət sektorunda 17,8 %, özəl sektorunda isə 16,5 % artıb. Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı martın 1-nə 32,6 min nəfər olub ki, bunun da 18,3 min nəfəri özəl sektorun payına düşüb”.

Bizim.Media
 

Seçilən
163
11
Mənbələr
Şərh ()
Bağla